Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
AFFA-nın yeni layihəsi


AFFA-nın yeni – affatv.az layihəsinin tətbiqinə başlanıb. Bu layihə sayəsində milli komandaların ölkə daxilində və xaricdə keçirilən oyunlarını, AFFA-nın təşkil etdiyi müxtəlif tədbirləri canlı izləmək mümkün olacaq. Bundan əlavə, Azərbaycan futbolunun tarixini, 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatına hazırlıq işlərini əks etdirən videomateriallar affatv.az-da yerləşdiriləcək.
affatv.az-ın təqdimatı İcraiyyə Komitəsinin iclasında keçirilib. İcraiyyə Komitəsinin üzvləri affatv.az vasitəsilə AFFA-nın XVIII növbəti Konfransında nümayəndələrin qeydiyyat prosesini canlı izləyiblər.
affatv.az-a daxil olmaq üçün affa.az saytında xüsusi link yerləşdirilib. affatv.az-da hər hansı tədbir yayımlanmazdan əvvəl affa.az saytında bu barədə məlumat veriləcək və qeyd edilən link vasitəsilə affatv.az-a daxil olmaqla yayımlanan tədbiri izləmək mümkün olacaq.

07.03.2011