Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Tələbələr arasında turnir keçiriləcək


İyunun 6-dan 13-dək Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində AFFA tərəfindən inşa olunmuş stadionda ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar arasında çimərlik futbolu üzrə «Gənclik - 2010» turniri keçiriləcək. Turnirdə Azərbaycan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Beynalxalq Universiteti, Qavqaz Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universitetivə Azərbaycan Dövlət Neft Akademiyasının komandası iştirak edəcək.

04.06.2010