Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Braziliyanın məşhur Flamenqo klubu çimərlik futbolu üzrə komanda yaradır


Braziliyanın «Jogo Extra» nəşrinin verdiyi məlumatlara görə, ölkənin ən məşhur klublarından olan “Flamenqo” klubu çimərlik futbolu üzrə komanda yaradır. Qeyd etmək lazımdır ki, 2010-cu ilin may ayında çimərlik futbolu üzrə klublar arasında dünya çempionatının keçirilməsi planlaşdırılır və “Flamenqo” klubunun da həmin çempionatda iştirak edəcəyi gözlənilir. Komandada oynayacaq bəzi əsas futbolçuların adları artıq məlumdur: 2006-ci ildə milli komandada öz çıxışlarına son verən və dəfələrlə dünya çempionu olmuş Juninyo, Jorjinyo, Nenem və Robertinyo, həmçinin Buru və Brunu Şavyer. Qeyd etmək lazımdır ki, “Flamenqo” “Vasko da Qama” klubundan sonra çimərlik futbolu üzrə komanda yaradan ikinci Braziliya klubu oldu.
Çimərlik tubolu üzrə klublar arasında Dünya Çempionatına gəldikdə isə, qeyd etmək lazımdır ki, həmin tədbirin kçirilməsinə əsas dəstək verənlər arasında Ümumdünya Çimərlik Futbolu Təşkilatı, Braziliya Çimərlik Futbolu Konfederasiyası və onun əsas tərəfdaşı olan Koch Tavares şirkəti vardır. Qeyd etmək lazımdır ki, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klubları da həmin pilot layihədə iştiraklarını ciddi şəkldə nəzərdən keçirirlər.
 

16.02.2010